Azərbaycan diplomatiyasının
əsas dayaqları

Azərbaycan diplomatiyasınınəsas dayaqları
 

Xalqımızın dünyaya ixrac etdiyi maddi sərvətlər tükənsə , mənəvi sərvətləri tükənməzdir

 Azərbaycan müstəqilliyinin ilk günlərindən dünya birliyinə inteqrasiyanı hədəfləyən xarici siyasət yeritməyə başlayıb. Lakin ümummili lider Heydər Əliyevin hakimiyyətə qaydışından sonra bu istiqamətdə işlər bir qədər intensivləşdirildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası barədə danışarkən, o vaxtkı dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadənin adını çəkməmək böyük günah olardı. Azərbaycanın xarici siyasət kursunun müəyyənləşdirməsinin siyasi memarı Heydər Əliyev, ona diplomatik məzmun verən mütəxəssis isə Vəfa Quluzadə oldu. Azərbaycan diplomatiyası bu otuz il ərzində böyük uğurlara imza atıb. Otuz il əvvəl Qafqazın dünya dövlətləri tərəfindən tanınmayan, strateji əhəmiyyəti kəşf edilməyən Azərbaycan indi dünyanın super-dövlətlərinin birliklərinin maraq dairəsində olduğu unikal ölkələrdən birinə çevrilib. Bu gün Azərbaycanın xarici siyasətinin elementlərini sadalasaq, buna bəlkə cildlərlə kitab lazım gələr. Lakin biz əvvəlcə iki istiqamət barədə oxuculara məlumat vermək istərdik. Bunlardan biri iqtisadi, digəri isə mədəni faktora aid olan məsələdir. Əvvəlcə bütün cəmiyyətlərin bazisi - yəni əsası sayılan iqtisadi faktordan söhbət açaq. 1994- ildə bağlanan "Əsrin Müqaviləsi" ilə Azərbaycanın  iqtisadi baxımdan Avropaya bağlanmasının təməli qoyuldu. Bir neçə il sonra isə bu möhkəm təməl əsasında Avropanın enerji təhlükəsizliyinin təminatında əvəzedilməz rol oynayan Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri işə düşdü. Bununla da coğrafi baxımdan Asiyaya aid olan Azərbaycan Avropa ailəsinə qoşulmaq yolunda ilk addımları atdı. Bunun ardınca Bakı-Tiflis-Ərzulum qaz kəməri, sonra onların davamı olan TAP TANAP layihələri həyata keçrildi. Beləliklə, Azərbaycan qazı nefti Avropanın cənubunu isitməyə iqtisadiyyatını enerji daşıyıcıları ilə təmin etməyə başladı. Lakin hələ bu da son olmadı. Bu arada Bakı-Axalkalaki-Qars dəmir yolu işə salındı. Düzdür, bu dəmir yolu regiondakı münaqişələr dünyanın super-güclərinin maraq toqquşması fonunda, hələ tam gücü ilə çalışa bilmir. Amma qarşıdakı illərdə bu istiqamətdə yeni daha səmərəli alternativin, Zəngəzur dəhlizinin işə düşməsi iqtisadi intensivliyi bir qədər artıracaq. Azərbaycan üzərindən keçən bu dəmir yolu xətti yalnız Bakı ilə Türkiyənin Qars vilayətini deyil, Şanxayla Strasburqu birləşdirən nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizini keçmişdə Qərblə Şərqi birləşdirən "İpək yolu"nun bərpası kimi dəyərləndirənlər az deyil. Bəli, Azərbaycan bu gün doğrudan da Qərblə Şərqi birləşdirən nəqliyyat dəhlizinin həlledici həlqəsi kimi dünya üçün böyük maraq kəsb edir. Bu Azərbaycan siyasi-diplomatiyasının xarici siyasətinin parlaq nəticəsidir. Qarşıdakı onilliklərdə bu istiqamətdə baş verən gəlişmələr Azərbaycanın beynəlxalq arenada mövqelərini bir qədər möhkəmləndirəcək.

Azərbaycan xarici siyasətinin haqqında söhbət açmaq istədiyimiz digər elementi isə yuxarıda qeyd etdiyimiz kimi, milli-mədəni arenaya aiddir. Ümummili lider Heydər Əlyev demişdir ki, Azərbaycanın dünyaya təqdim etdiyi maddi sərvətlər tükənəndir, lakin bizim dünyaya bəxş etdiyimiz mənəvi sərvətlər heç vaxt tükənməyəcək. Bəli, bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi mənəvi sərvət onun mentalitetinə çevrilən tolerantlıqdır. Yəni Azərbaycan diplomatiyasının bir dayağı da Azərbaycan xalqının dünyaya nümunə olan tolerantlıq dəyərləridir. Hansı ki, bu dəyərlər dünyanın inkişaf etmiş bir çox ölkələrində mövcud deyil. Azərbaycan diplomatiyasının uğurlarından biri , məhz bu faktordur.

Azərbaycan diplomatiyasının dünyada uğurlarının davam etməsinin başlıca faktorlarından biri , onun türk dünyası ilə birlikdə hərəkət etməsidir. Dünyada sərvət uğrunda gedən açıq rəqabətdə dövlətlər müəyyən mənsubiyyət üzrə qruplaşıb. Bəziləri dini, milli, yəni mənəvi faktorlarla, bir çoxları isə maddi mənafe əsasında birləşib, birgə mübarizə aparır. Azərbaycanın isə bu baxımdan seçimləri çox zəngindir. Yəni, biz həm maddi mənafelər, həm mənəvi dəyərlər baxımından dünya üçün cəlbedici bir ölkəyik. Lakin son 30 il göstərdi ki, Azərbaycan onun maddi sərvətlərindən bəhrələnən dövlətlərə deyil, məhz türk dünyasına arxalanmalıdır. 44 günlük vətən müharibəsi bunun bariz nümunəsidir. Türk dünyasının lider dövləti olan Türkiyə, o cümlədən Pakistan hər an yanımızda oldu, bütün gərəkən dəstəyi verdi. Ona görə Azərbaycan diplomatiyası bundan sonra türk dünyasının güclənməsi uğrunda əlindən gələn hər şeyi etməlidir.

Hazırda dünyada Türkdilli ölkələrin zirvə sammiti fəaliyyət göstərir. Bu birlik Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkmənistan dövlətlərinin iştirakı ilə hər il bir başqa üzv dövlətdə keçirlən beynəlxalq sammitdir. Bu sammitə beş dəfə Türkiyə ev sahibliyi edib. Azərbaycan 2009-cu ildə «Qazaxıstan 1998-cu ildə» Qırğızıstan «1995-ci ildə» Özbəkistan isə 1996- ildə keçirilən sammitə ev sahibliyi etmək şərəfinə nail olublar.

Bu il noyabrın 12- İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı "Türk Dövlətləri Təşkilatı"na dəyişdirildi.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası prezidenti Sadır Caparov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.

Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.

Bununla yanaşı Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da möhkəmlənmək imkanlarına malikdir. Düzdür, bu qrum daha çox iqtisadi təmayüllüdür, amma yuxarıda qeyd etdiyimiz kimi, iqtisadiyyt bütün birliklərin bazisini - əsasını təşkil edir.

İƏT 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət hökumət başçılarının konfransında yaradılıb. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər.

İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu alıb. Baş Məclisin 36- sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilib. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.

Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.031934022903442