Bakıda müasir baytarlıq klinikası açıldı

Bakıda müasir baytarlıq klinikası açıldı
 

Paralel.az xəbər verir ki, Bakının Nizami rayonunda ərazisinə və avadanlıqlarına görə Cənubi Qafqazın ən böyük və ən müasir baytarlıq klinikasının açılışı olub.

Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və kənd təsərrüfatı naziri İnam Kərimov iştirak ediblər. Bu haqda məlumat Leyla Əliyevanın rəsmi saytında paylaşılıb.

Klinika Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində yerləşir və 1000 kv.m sahəni əhatə edir.

Baytarlıq Klinikasında baytarlar, feldşerlər və laborantlar olmaqla 20-yə yaxın işçi çalışacaq. Mərkəzdə qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermatologiya, oftalmologiya, cərrahiyyə, ultrasəs, rentgen, biokimyəvi laboratoriya, həmçinin ilkin tibbi yardım avtomobili fəaliyyat göstərəcək.

Burada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatına aid mal-qaranın da müayinə və müalicəsinin aparılacağı qeyd olunur.
Akif Nəsirli

0.017544984817505