Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
 

Paralel.az xəbər verir ki, Müdafiə Nazirliyinin xidməti müşavirəsində dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib.

Müdafiə naziri Zakir Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Qoşunlarda keçirilən təlimləri müsbət qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar tapşırıq verib.
Akif Nəsirli

0.010462999343872