Həmədanda işsizlik böhranı

Həmədanda işsizlik böhranı
 

Paralel.az xəbər verir ki, Həmədanda işsizlik böhran həddinə çatıb.

Bu barədə Həmədan əyalətinin Büdcə və Proqramlaşdırma Təşkilatının sədri Həmidrza Hacibabayi açıqlama verib.

“Hazırda əyalətin ən ciddi problemlərindən biri işsizlikdir. Son statistikalara görə Həmədan əyalətində işsizlik səviyyəsi 18-23% arasındadır”-deyə, komissiya başçısı bildirib.

O, əyalətdə abadlıq və tikinti işlərinə lazim olan büdcənin 1200 milyard tümən olduğunu deyib. Halbuki, o, bu məbləğin 300 milyard tüməninin ödəniləcəyinin belə şübhə doğurduğunu qeyd edib.

“Lazım olan 1200 milyard tümənin 300 milyard tüməni belə ödənilsə sevinərik. Ona görə ki, cari ildə bu sahə üçün yalnız 16 milyard tümən vəsait ayrılıb”-deyə, Hacıbabayi abadlıq işlərinə ayrılan büdcənin heç nəyə çatmadığını qeyd edib.
Akif Nəsirli

0.019887924194336