Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 280 milyonu ötdü
 

Paralel.az xəbər verir ki, dekabrın 27-si səhər saatlarına olan məlumata görə, dünyada 280 338 450 koronavirusa yoluxma halı qeydə alınıb. Bu barədə "Worldometer" məlumat yayıb.

Son sutka ərzində 385 808 yeni COVID-19 yoluxma halı müəyyən edilib. Yalnız bu səhər, 17,975 yeni hal artıq təsdiqlənib.

Son məlumatlara görə, koronavirus pandemiyasından 5 416 732 nəfər ölüb, 250 368 764 nəfər sağalıb.

Koronavirusa yoluxanların sayına görə liderlər bunlardır: ABŞ (53 222 424), Hindistan (34 793 333) və Braziliya (22 239 436). Həmçinin ilk beşlikdə - Böyük Britaniya (11 891 292) və Rusiya (10 392 020) da var.

Koronavirus 221 ölkə və ərazidə qeydə alınıb
Akif Nəsirli

0.035164833068848