BMT-nin Baş katibi: COVID-19 sonuncu pandemiya olmayacaq
“COVID-19 bəşəriyyətin qarşılaşacağı son pandemiya olmayacaq. Bu sağlamlıq böhranına cavab olaraq, biz növbəti tətilə hazırlaşmalıyıq".
Paralel.az xəbər verir ki bunu BMT-nin Baş Katibi Antonio Quterreş Beynəlxalq Epidemiyaya Hazırlıq Günü ilə əlaqədar yaydığı bəyanatda bildirib.
O, qeyd edib ki, bu məsələyə lazımi diqqət yetirilməlidir.
"Bu Beynəlxalq Epidemiyaya Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni verək"- , deyə Quterreş Tvitter hesabında yazıb.
Akif Nəsirli