Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüş yeri açıqlandı

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüş yeri açıqlandı
 

Paralel.az xəbər verir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Lakin görüşün tarixi hələ dəqiqləşdirilməyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə və Ermənistan telefon danışığında xüsusi nümayəndələrin görüşəcəyi günü razılaşacaqlar.

“Tərəflərin nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Biz birinci görüşə qədər birbaşa əlaqələr qurmaq istəyirik. İkitərəfli səfərlər də daxil olmaqla, münasibətlərin normallaşması üçün hansı addımların atılması lazım olduğunu müzakirə etmək lazımdır. Ermənistan bu istiqamətdə işləmək istəyir”, - Çavuşoğlu bildirib.
Akif Nəsirli

0.060952186584473