Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır

Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarıdır
 

Azərbaycan Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasının tərəfdarıdır. Bu əməkdaşlıq regional əməkdaşlığın inkişafına töhfə verəcək.

Paralel.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Eyni zamanda, xarici işlər naziri qeyd edib ki, ikitərəfli münasibətlərin qurulması üçün əsas yalnız Ermənistanın deyil, həm Azərbaycanın, həm də Türkiyənin həmişə riayət etdiyi beynəlxalq hüquq ola bilər.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü Moskvada baş tutacaq. Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç bu ölkənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib.
Akif Nəsirli

0.05797004699707