Sakinlər parkının bahalaşmasına etiraz etdi

Sakinlər parkının bahalaşmasına etiraz etdi
 

Paralel.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A ünvanında yerləşən “ASP” MTK (“Melissa Group” ticarət nişanı) yaşayış kompleksinin sakinləri parkinqin qiymətlərinin əsassız olaraq artırılmasından şikayətlənirlər.

Sakinlər iddia edirlər ki, 01.01.2022-ci il tarixindən etibarən yaşayış kompleksinin qarajında ​​standart parkinq yerlərinin aylıq ödənişi, əvvəllər ayda 50 manat olsa da, 75 manatdan başlayacaq.

Kompleksin girişində yerləşdirilən elanda, zərurət yaranarsa, qiymətlərin artırılacağı bildirilir. Bu elanı kimin yerləşdirdiyi məlum deyil. Bundan əlavə, aylıq ödəniş zamanı heç bir sənəd saxlanmadığından xidmət təminatçısını müəyyən etmək çətindir.

Sakinlər əsassız qiymət artımının qarşısının alınması xahişi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Tənzimləmə və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət ünvanlayıblar.
Akif Nəsirli

0.010423183441162