"Dağlıq Qarabağ heç bir sənəddə Ermənistan ərazisi kimi göstərilməyib"

 

Paralel.az xəbər verir ki, Ermənistanın baş naziri, Nikol Paşinyanın Qarabağla bağlı dünənki çıxışı cinayətkar Araik Arutyunyan, onun ətrafındakıları və Ermənistanın ombudsmanı Armen Tatoyanı yaman narahat edib.

Onlar bildiriblər ki, Paşinyan dünənki çıxışı ilə "Artsax"ın erməni əhalisinin "təbii hüquqlarını" pozub və təhlükə altına qoyub: "Biz baş nazirin qiymətlərndirməsini çox təhlükəli hesab edirik".

Nikol Paşinyan dünənki çıxışında bildirmişdir ki, "Danışıqlar prosesində Dağlıq Qarabağ heç bir sənəddə Ermənistan ərazisi kimi göstərilməyib".

Bundan başqa o, Qarabağın azərbaycanlı sakinlərinin haqlarından danışması erməni cəmiyyətinin bəzi hissəsinin xoşuna gəlməyib.
Akif Nəsirli

0.011536121368408