Suverenliyimizə təhdid və təhlükənin qarşısını almalıyıq...
Çingiz Şahbazi: "Laçın dəhlizi, rus sülhməramlı hərbiçilərin sayəsində artıq karvansara qapısına çevrilib. Burdan Azərbaycan əleyhinə çıxışlar edən Fransız siyasət adamlarının və digərlərinin qanunsuz gəliş gedişi təmin edilir. Öz ölkəsinin daxili siyasətinə hesablanmış, bu kimi insanların addımları, bizim torpaqlarımızı alət olaraq istifadə etməsi, əsla qəbul edilə bilməz.
Bundan əlavə Laçın dəhlizi məsələsi, artıq Azərbaycan tərəfinini müəyyən siyasi addımlar atmasına məcbur qoyub. Çünki ilk öncə onu qeyd etmək istəyirəm ki, 44 günlük müharibədən sonra, bağlanan üç tərəfli razılaşmanın bir çox müddəalarına istər Rusiya sülhməramlı qüvvələri, istərsə də Ermənistan tərəfi olsun riayət etmirlər. Əksinə dəhlizdən istifadə qaydaları dəyişdirilərək, tamam başqa məqsədlər üçün istifadə edilir. Azərbaycan üçün bu belə davam edə bilməz. Bu da öz növbəsində separatçı erməni millətçilərinin yenidən silahlanmasına xidmət edərək, Azərbaycanın suverenliyinə təhdid və yeni təhlükələrin əmələ gəlməsinə səbəb olacaqdır.
Azərbaycan ən qısa zamanda Laçın dəhlizinin fəaliyyətini dayandırmalı və ordakı gəliş-gedişi və hərəkətləri ciddi nəzarət altına almalıdır.
Paralel.az