Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 

 

 

Sabir Rüstəmxanlı Milli Məclisdə, rayonlarda iş yoxdur, insanlar işləmək üçün Bakıya axın edirlər, rayonlarda iş yerlərinin açılmasına daha çox ehtiyac var kimi bəyanatlar səsləndirib. Amma ölkəmizdə insanların ən yaralı yeri sayılan bu  problemin parlamentdə qaldırılmasına sərt reaksiya verən parlament sədri, əsəb gərginliyi ilə Sabir Rüstəmxanlının üzərinə getməsi və yersiz cavablar verməsi, cəmiyyətdə heç də yaxşı qəbul edilmədi.

  Sabir Rüstəmxanlı ölkənin savadlı və hörmətli insanlarındandır. O nə dediyini çox yaxşı bilir. Məsələ burasındadır ki, parlament sədrinin yanaşması insanlarda təəccüb doğurur. Belə yanaşmaların yerinə, yaxşı olardı ki sədr,  Sabir Rüstəmxanlının qeyd etdiyi problemləri müzakirə obyektinə çevirəydi və bununla bağlı lazımi tədbirlər və yaxud tövsiyyələr edilsəydi. Amma nə yazıq ki, ölkədə hər seyi yalandan əla göstərənlərin, hər şey yaxşıdır abu havası yaradanların belə çıxışlara olan reaksiyaları, ölkədə aparılan quruculuq işlərinə də kölgə salır.

  Görəsən bunlar həqiqi mənada mövcud problemləri nə vaxt qəbul edəcək və yaxud da qəbul etməsini öyrənəcək?

Paralel.az

0.015396118164062