Jack Dorsey: "Bitcoin dolları əvəz edəcək"

Jack Dorsey:
 

Paralel.az-ın məlumatına görə, Twitter qurucusu və keçmiş icraçı direktoru Cek Dorsi deyib ki, Bitcoin ABŞ dollarını əvəz edəcək. Bu barədə o, sosial şəbəkədə yazıb.

“Bitcoin dolları əvəz edəcəkmi” sualına Dorsi “Bəli, tam olaraq belə olacaq” deyə cavab verib.

Twitter-in qurucusu uzun müddətdir kriptovalyutaların qızğın tərəfdarıdır. Hələ 2017-ci ildə onun yaratdığı "Square" ödəniş şirkəti xüsusi proqram vasitəsilə istifadəçilərinə bitkoin ticarətinə icazə vermişdi və 2018-ci ildə Cek Dorsi bitkoinin gələcəkdə yeganə ödəniş vasitəsi ola biləcəyini açıqlamışdı.
Akif Nəsirli

0.04583215713501