Azərbaycan neftinin qiyməti qalxıb
Paralel.az xəbər verir ki, Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,79 dollar və yaxud 2,3% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 79,24 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Akif Nəsirli