Bosniya müsəlmanlarının lideri NATO və "İslam dünyası"nı köməyə çağırıb
Paralel.az xəbər verir ki, Bosniya və Herseqovinadakı vəziyyəti həll etmək üçün xarici müdaxilə tələb oluna bilər.
Bunu Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzzetbeqoviç TV BİR kanalının efirində deyib. SDA Bosniyalı müsəlmanlar arasında ən nüfuzlu partiyadır.
Daha əvvəl xəbər verilmişdi ki, Bosniya serblərinin rəhbərliyi Serb Respublikasını Bosniya və Herseqovinanın dövlət qurumlarından çıxarmağı sürətləndirməyə çalışır.
İzzetbeqoviç deyib ki, vəziyyətə müdaxilə etməyə hazırlıq artır, Almaniya, ABŞ və Böyük Britaniya baş verənlərə reaksiya verir. İslam aləmi “hələ ayağa qalxmayıb”, amma lazım gələrsə, o da müdaxilə edəcək və müsəlman qardaşlarının yanında olacaq. Siyasətçi həmçinin Ali Nümayəndə Aparatını, prokurorluğu, xüsusi xidmət orqanlarını və Konstitusiya Məhkəməsini yaranmış vəziyyətə reaksiya verməyə çağırıb.
“Prokurorluq Milorad Dodikin qanunsuzluğu qarşısında təslim oldu. Bosniya və Herseqovinanın ərazi bütövlüyü təhlükə altında olarsa, Bosniya və Herseqovinanın Silahlı Qüvvələri və NATO hərəkətə keçməlidir”, - İzzetbeqoviç bildirib.
Akif Nəsirli