Azərbaycan, İran və Gürcüstan arasında yeni tranzit marşrutu yaradılır

Azərbaycan, İran və Gürcüstan arasında yeni tranzit marşrutu yaradılır
 

Paralel.az  xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bununla da, Cənubi Qafqazda növbəti regional əməkdaşlıq platforması yaradılır. Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi davam edir. Bu gün avtomobil karvanı Azərbaycana çatıb. Sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək.

Ötən gün Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İranın nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən həm də Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər.
Akif Nəsirli

0.010559797286987