Ulan-Udedə böhranlı vəziyyət hökm sürür

Ulan-Udedə böhranlı vəziyyət hökm sürür
 

Paralel.az xəbər verir ki, Buryatiya İES-də baş vermiş qəzanın aradan qaldırılması üçün Ulan-Udeyə Çitadan mütəxəssislər gəlib. Xəbərdə deyilir: “Ötən gün elektrik naqillərində qısaqapanma baş verib, 4 qazan sönüb, nəticədə 95 mindən çox insan istiliksiz qalıb.
Bölgədə mənfi 30 dərəcədən çox şaxta var, lakin onun 43 dərəcəyə çatacağı gözlənilir. Prezident  Putin qəza ilə bağlı vəziyyəti düzəltməyə söz verib”.
Ulan-Udedə yaşayan azərbaycanlıların verdiyi xəbərə  görə, hazırda şəhərdə mövcud durum kritikdir. 120 yaşayış evi istiliksiz qalıb. Paytaxtda mavi yanacaqdan istifadə edilmir, çünki orada ümumiyyətlə, qaz yoxdur. Şəhərin istilik problemi indiyədək daimi şəkildə elektrik enerjisi və kömürlə həll olunub. 

Hazırda yaranan vəziyyətlə bağlı dövlət orqanları  alternativ yollar axtarır. İstiliksiz qalan əhali otellərdə yerləşdirilir, onlar isti əşyalarla, cihazlarla  təmin edilirlər. Şəhərin bəzi rayonlarında orta məktəblər və bağçaların fəaliyyəti dayandırılıb.
Nigar
0.05838418006897