Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

İran Parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri İrəvana getdilər, qondarma soyqırımı üçün tikilmiş kompleksi ziyarət etdilər, nümayəndə heyətinin başçısı Mahmud Əhmədi Biqaş dedi ki, bu soyqırımı tarixi cinayətdir, bundan daha böyük cinayət də var, o da bu soyqırımı törədənlərin onu tanımamasıdır. İranın ikiüzlü, hiyləgər, saxtakar molla rejiminin iç üzü bundan ibarətdir. Həmin vaxt Azərbaycanda olan İranın Xarici İşlər naziri deyirdi ki, biz sizinlə din qardaşıyıq. Bizimlə din qardaşı olduğunu iddia edən İran hakimiyyəti Azərbaycan xalqının düşməni olan ermənilərə deyir ki, sizə qarşı soyqırımı törətmiş türklərlə mübarizədə yanınızdayıq.

Paralel.az 

0.024919033050537