“Azəriqaz” rəhbərliyi tarifləri xatirlatdı

“Azəriqaz” rəhbərliyi tarifləri xatirlatdı
 

Paralel.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev tariflər barədə abonentlərə xatırlatma edib.

Baş direktor deyib ki, bütün abonentlər üçün Tarif Şurası tərəfindən təsdiq olunmuş tarif mövcuddur: "Əhali qrupu üçün qazın sərfiyyatı 1200 kubmetrə qədər 1 kubmetr üçün 12 qəpik, 2500 kubmetrə qədər 1 kub üçün 20 qəpik, 2500 kubmetrdən artıq olan hissə üçün isə 25 qəpik təşkil edir. Qeyri-əhali kateqoriyası üzrə isə qiymət tam fərqlidir - 20, 22, 25 qəpik”.

Baş direktor qeyd edib ki, qeyri-əhali üzrə qazın az və ya çox işlədilməsinin fərqi yoxdur:

“Ümumiyyətlə, əhali ilə qeyri-əhali abonentlərinin qaz sərfiyyatının biri-birinə aidiyyəti yoxdur. Hər bir abonent sayğaca uyğun ödəniş edir və limiti keçdikdə də ona uyğun ödəniş edir. Bu tarif özü sosial yönümlüdür”.
Akif Nəsirli

0.0096919536590576