Türkiyə XİN-dən Rusiya və Ukrayna ilə münasibətlərlə bağlı açıqlama

Türkiyə XİN-dən Rusiya və Ukrayna ilə münasibətlərlə bağlı açıqlama
 

Paralel.az xəbər verir ki,Türkiyə xarici işlər naziri Çavuşoğlu Ankaranın Ukrayna ilə yaxın münasibətləri nəzərdən qaçırmayacağını söyləyib: “Ankara Moskva ilə sıx əməkdaşlığa baxmayaraq, Kiyevlə öz prinsiplərini və yaxın münasibətlərini nəzərdən qaçırmayacaq.
Rusiya-Ukrayna və Rusiya-NATO münaqişəsi təhlükəli həddə çatıb. Bizim Rusiya ilə hərtərəfli münasibətimizin olması o demək deyil ki, biz Ukrayna ilə prinsiplərimizə və yaxın münasibətlərimizə məhəl qoymayacağıq. Belə mürəkkəb vəziyyətlərin həllində milli təhlükəsizliyimiz üçün nə lazımdırsa, onu edirik.
Bu, çətin işdir. Lakin diplomatiya məhz bunun üçün lazımdır”.
Nigar

0.045845985412598