Türkiyə NATO qüvvələrinə komandanlıq edə bilər
Paralel.az xəbər verir ki, Türkiyə Rusiya ilə Ukrayna arasında qarşıdurma yaranacağı təqdirdə NATO qüvvələrinə komandanlıq edə bilər.
Bu barədə “Habertürk” yazır: “Ukrayna ətrafında gərginliyin artması Türkiyəyə birbaşa təsir edir.
Bu il Ankara NATO-nun yüksək hazırlıqlı birgə əməliyyat qrupuna - alyansın çevik reaksiya qüvvələrinə rəhbərlik edir.
Bu il Ankara NATO-nun yüksək hazırlıqlı birgə əməliyyat qrupuna - alyansın çevik reaksiya qüvvələrinə rəhbərlik edir.
Bu hərbi birləşmə 2014-cü ildə Ukrayna böhranı zamanı Moskvanı cilovlamaq üçün yaradılıb. Açıq münaqişə baş verərsə, Kiyevin köməyinə ilk gələn o olmalıdır.
Belə bir vəziyyətdə Türkiyə nəinki hərbi əməliyyatda iştirak, hətta ona faktiki rəhbərlik etməli olacaq.
Belə bir vəziyyətdə Türkiyə nəinki hərbi əməliyyatda iştirak, hətta ona faktiki rəhbərlik etməli olacaq.
Ankara “hərbi, siyasi, iqtisadi və kəşfiyyat münasibətlərində son dərəcə diqqətli olmalıdır”.
Nigar
Nigar