Sinanyan: “Türkiyənin beşinci kalonu Ermənistanda çox fəaldır”

Sinanyan: “Türkiyənin beşinci kalonu Ermənistanda çox fəaldır”
 

Paralel.az xəbər verir ki, Ermənistan baş naziri yanında diasporla iş üzrə baş komissar Zara Sinanyan Türkiyənin beşinci kalonunun Ermənistanda çox fəal olduğunu deyib: “O, həyatın bütün sahələrini, o cümlədən diasporla əlaqələri zəhərləyir.
Müharibədən sonra köhnə diasporanın bəzi strukturları siyasi motivlərlə təəssüf ki, Ermənistana qarşı düşmən mövqe tutdu. Bu onlar tərəfindən böyük səhv idi. Uzun illər bu təşkilatlar Ermənistanla münasibətlərdə inhisarçı mövqe tuturdular.
 Amma indi biz bütün strukturlarla, şəxslərlə işləyəcəyik. Biz hətta 2018-ci ildən sonra Ermənistana qarşı pis mövqe tutanlarla işləməyə hazırıq”.
Nigar

0.062180995941162