Çavuşoğlu: “Avropa İttifaqı NATO-ya alternativ ola bilməz”
Paralel.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Avro-Atlantik təhlükəsizliyin əsas elementi olaraq qalmalı olduğunu deyib: “Bəzi ölkələr Aİ-ni NATO-ya alternativ kimi təqdim etməyə çalışır. Bu, qeyri-konstruktiv və qeyri-real yanaşmadır. Transatlantik təhlükəsizliyin bölünməzliyi əsas prinsipimizdir”.
Onun sözlərinə görə, alyans transformasiyadan keçir və yeni reallıqlara uyğunlaşmağa çalışır. Əsas diqqət NATO 2030 proqramı çərçivəsində “siyasi ölçünün” gücləndirilməsinə yönəlib.
Nigar