Coca-Cola-da “Möcüzə Karvanı"

Coca-Cola-da “Möcüzə Karvanı
 

Paralel.az xəbər verir ki, Coca-Cola avtomobillərindən ibarət “Möcüzə Karvanı” 27 dekabr-2 yanvar tarixlərində Bakıda olacaqlar.

Adət-ənənəyə sadiq qalaraq Coca-Cola karvanı insanlara Yeni il ab-havasını bəxş etməyə davam edir.

Səyahətini Azərbaycanın regionlarında başlayan karvan ölkənin 13 rayon və şəhərlərini ziyarət edəcək. 7 maşından ibarət karvan şəhər və rayonları gəzərək insanlara Coca-Cola paylayır və bununla onlarda Yeni il ab-havasını yüksək tutmağa çalışır.

Artıq Lənkəran, Mingəçevir, Gəncə şəhərlərindən keçən karvan ölkə səyahətini növbəti ilin yanvar ayının 2-də Bakıda sona çatdıracaq.
Akif Nəsirli

0.011461019515991