Bayıl yollarının çuxurları haçan düzələcək?

Bayıl yollarının çuxurları haçan düzələcək?
 

Paralel.az xəbər verir ki, Bayıl sakinlərinin yaşadığı binaların qarşısındakı piyada yollarının asfalt örtüyü dağılmış vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, oktyabrın əvvəlində həmin ərazidə “Azərsu ASC” tərəfindən boru və sayğaclar yenilənib. İşlər başa çatdıqdan sonra qazılmış arx və çalalar olduğu kimi qalıb. Qaranlıqda gedən piyadalar dəfələrlə bu çuxurlara düşüblər. Həmçinin çalalara zibil yığılır, yağışlı havada isə küçələr palçıq olur. Adıçəkilən ərazidə lazımi işıqlandırmanın olmaması vəziyyəti daha da gərginləşdirir.

Məsələyə qurum belə münasibət bildirib ki, asfaltlanma yalnız bütün qəsəbədə işlər yekunlaşdıqdan sonra aparılacaq.
A. Nəsirli

0.04440712928772