AZAL xidməti itlərini nümayiş etdirdi

AZAL xidməti itlərini nümayiş etdirdi
 

Paralel.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC Facebook izləyicələrini hava limanınında xidmət göstərən itlərlə tanış edib.

“Biz sizə cəsur dostlarımızın portret şəkillərini təqdim edirik”, - paylaşmada qeyd olunur.

5 yaşlı spaniel Lily, 3 yaşlı labrador Baron, və 6 yaşlı labrador Uran silah, sursat və partlayıcı maddələr axtarır. 5 yaşlı Ram adlı alman çoban iti, 2 yaşlı belçikalı çoban iti Volter, 4 yaşlı malenula cinsi  Baks təhlükəli əşyalar axtarmaqla yanaşı, əraziyə baxış keçirirlər.
A. Nəsirli

0.010163068771362