Fransa Əlcəzair müharibəsinin arxiv məxfiliyini ləğv edib
Paralel.az xəbər verir ki, Fransa hakimiyyəti Əlcəzair müharibəsi ilə bağlı məhkəmə işləri və araşdırma arxivlərini məxfilikdən çıxarıb: “ Söhbət başqa şeylərlə yanaşı, polis və hərbi arxivlərdən, həmçinin XİN sənədlərindən gedir.
Bütün bu sənədlər 75 il müddətinə təsnif edilib, onlara giriş yalnız xüsusi icazə ilə əldə edilə bilərdi.
Martın əvvəlində Yelisey sarayı prezident Makronun Əlcəzairdəki müstəqillik müharibəsi (1954-1962) ilə bağlı məxfi arxiv sənədlərinə çıxışı sadələşdirmək qərarını elan edib. Söhbət 1971-ci ilə qədər “müdafiə sirri” statuslu sənədlərdən gedir.
Prosedur tədqiqatçıların arxivlərə giriş əldə etmək üçün gözləmə müddətini azaldacaq”.
Nigar