Polis rəisi işdən qovuldu

Polis rəisi işdən qovuldu
 

Paralel az xəbər verir ki, vətəndaşlarla kobud davranan rəis işdən çıxarılıb.

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən azad olunub. Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. 

Məlum olub ki, o, vətəndaşlarla mütəmadi olaraq kobud rəftar edib. DİN-ə gələn çoxlu sayda şikayətlər əsasında araşdırma aparılıb və fakt təstiqlənib.
A. Nəsirli

0.012868881225586