Bakıda avtobus sürücüsü döyülüb.

Bakıda avtobus sürücüsü döyülüb.
 

Paralel.az xəbər verir ki, hadisə 163 nömrəli avtobusda qeydə alınıb. Belə ki, avtobusun qarşısını kəsən naməlum şəxs daha sonra sürücünün yanına gələrək ona xəsarət yetirib.

Verilən məlumata görə, avtobus qaydalara uyğun hərəkətdə olan zaman "KamAZ" markalı avtomobil onun qarşısına çıxıb.

Yük avtomobilinin sürücüsü avtobusun sürücüsünə ona yol vermədiyi üçün yumruq atıb. Nəticədə həm sərnişinlərin narahatlığına, həm də sərnişindaşıma prosesinin pozulmasına səbəb olub.
A. Nəsirli

0.01439380645752