Bulvarda Yeni il yarmarkası açıldı

Bulvarda Yeni il yarmarkası açıldı
 

Paralel.az xəbər verir ki, Bakıda daha bir Yeni il yarmarkası fəaliyyətə başlayacaq.

Dənizkənarı Milli parkda quraşdırılan yarmarka Kukla Teatrının arxa hissəsindəki ərazidə keçiriləcək.

Milli parkın rəhbərliyi tərəfindən təşkil olunan yarmarkada Yeni il aksesuarları, oyuncaqlar ilə yanaşı isti içkilər təqdim olunacaq.

Hazırda bulvarda hazırlıq işləri davam edir. Yarmarkanın fəaliyyət göstərəcəyi ərazidə 18 metrlik Yeni il ağacı da quraşdırılır.

Yarmarkanın 4-5 yanvara qədər davam edəcəyi bildirilib.
A. Nəsirli

0.012020111083984