Şaxtaçılarn sənaye təhlükəsizliyi qaydaları pozulub

Şaxtaçılarn sənaye təhlükəsizliyi qaydaları pozulub
 

Paralel.az xəbər verir ki, prokurorluq Kuzbas şaxtaçılarının təhlükəsizlik qaydalarının pozulması ilə bağlı məlumatları yoxlayacaq: “Şaxtaçıların və onların ailə üzvlərinin müraciətinə səbəb çoxsaylı istehsalat təhlükəsizliyi qaydalarının pozulması, nəticədə fəhlələrin xəsarət alması, lakin aldıqları xəsarətlərin məişətdə alındığı kimi qeyd edilməsi  olub.
Mədənçilər avadanlıqların istismarı zamanı pozuntular, fərdi mühafizə vasitələrinin, sənətkarlıq alətlərinin keyfiyyətsizliyi, zibillənmiş qəza çıxışları, konveyerlərlə iş yerinə keçidlər, havalandırma rejiminin pozulması, iş və istirahət rejiminə əməl edilməməsi hallarını da bildiriblər.
Daxil olan müraciətlərə əsasən, ərizəçilərin bütün arqumentlərini yoxlamaq tapşırılıb. Əgər əsaslar varsa, müəssisələrin vəzifəli şəxslərinin hərəkətlərinə cinayət qanunvericiliyi də daxil olmaqla, müvafiq qiymət veriləcək”.
Nigar

0.01306676864624