Riyakarlıq

Riyakarlıq
 

Rövşən Kəbirli yazır

Xəbər verildiyi kimi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bugün Bakıya işgüzar səfərə gəlib. Azərbaycanın bəzi rəsmi şəxsləri ilə görüşən iranlı qonağı prezident İ. Əliyev də qəbul edib. Gözlənildiyi kimi iranlı nazir görüş və çıxışlarında bir qayda olaraq iki qonşu dövlət arasında dostluq və əməkdaşlığın inkişafından çoxlu moizələr oxuyub. Bəli, məhz moizə. Uzaqgörən tərpənib bəlli olaydakı iddialarından vaxtında geri addım atan İran əslində içindəki 100 ilin məkrli niyyətindən əsla vaz keçməyib və heç keçməyəcək də.

Belə ki, İranlı nazirin Bakıya səfərindən bir gün öncə bu ölkənin bir qrup parlamentariləri Ermənistanda səfərdə olub. Səfər çərçivəsində qondarma “erməni genosidi” abidəsini ziyarət edib gorbagorluğa çələng buraxan “din qardaşlarımız” bu şərəgsizliklə də kifayətlənməyərək qardaş Türkiyə dövlətinin və xalqının ünvanına hərzə-hədyanlar söyləyiblər. Onlardan kirvəsi erməni olan biri İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvi Mahmud Əhmədi Biqaş biqeyrətcəsinə deyib:” Əlbəttə mən keçən əsrin soyqrımından xəbərdar idim, indi məlumatlarım daha da artdı. İnsanlığın nəinki özünü bu cür aparması, hətta daha pisi etdiklərini tanımaması, o qədər vəhşi ola bilməsi məni xüsusilə kədərləndirdi”.

Ey islam dininin şeytanları, sizin “biz din qardaşlarıyıq” iblisvari söyləntilərinizin səmimiliyinə inananlar elə sizin kimi axmaqlar ola bilər.

Paralel.az

0.012241125106812