Ermənistan törətdiyi vandalizmin 
təzminatını torpaqla ödəməlidir

Ermənistan törətdiyi vandalizmin təzminatını torpaqla ödəməlidir
 

Azərbaycandan 10-15 əsiri geri tələb edən Ermənistan dörd minə yaxın əsir itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirməlidir

 Bəşəriyyət tarixi müharibələr, istilalar işğal faktları ilə zəngindir. Hətta, müasir dönəmdə kifayət qədər güclü dövlətlər yaratmış xalqlar belə, uzun müddət əsarətdə qalıb. Məsələn, müasir dünyanın inkişaf etmiş dövlətlərindən sayılan İspanya səkkiz əsrə qədər ərəblərin işğalı altında olub. Rusiya isə iki yüz əlli ilə qədər monqol-tatarların idarəçiliyi altında yaşayıb. Lakin bu işğal zamanı hərbi əməliyyatların bitməsindən, ərazilərin təslim edilməsindən sonra əhaliyə məxsus bir koma, qazma ya tövlə belə dağıdılmayıb. Hətta, İspaniyada ərəb xilafətinin işğalı dövründə tarixdə çox məşhur olan "Əndəlüs mədəniyyəti" formalaşıb. Hansı ki, yalnız mədəniyyət deyil, həm elmi ixtiralar dövrü idi. Səkkiz yüz il ərzində İspan xalqı ərəb xilafətinin müstəmləkəsi olaraq inkişaf etdi, dünya elminə töhfə verdi. Amma təəssüflər olsun ki, İspanya milli- azadlığına qovuşduğu zaman hiddətlənmiş kütlə "Əndəlüs mədəniyyəti" məxsus kitabxanaların əksəriyyətini məhv etdi. Məşhur fizik, atom fizikasının banilərindən biri olan Piyer Küri xatirələrində yazır ki, biz atomun daxili təbiətini heç cür aça bilmirdik, bu qıfılı biz "Əndəlüs mədəniyyəti"ndən qalan 30 kitab sayəsində aça bildik. Buyurun, ərəblər işğalçı olsa da, İspan xalqının mədəniyyətnə, ədəbiyyatına, tarixinə elminə böyük töhfələr verib. O zaman ərəblərin tələbi vergini vaxtında vermək, ərəb dilini bilmək İslamın tələb etdiyi kimi yaşamaq idi. Monqol-tatarlar, hətta, ruslardan monqol dilini öyrənməyi belə tələb etmirdi, tələb yalnız vergi vermək idi.

Lakin Rusiyanın himayəsi ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi tarixə yeni bir işğal xüsusiyyəti gətirdi. Erməni işğalına qədər dünyanın heç bir yerində işğalçı dinc əhaliyə toxunmayıb, sadəcə onlara yaşam tərzini diqtə edib. Hətta, dünyanın ən qaniçən diktatoru olan Adolf Hitler belə, yəhudilərdən başqa dinc əhaliyə toxunmamağı əmr edibmiş. Bəs ermənilər işğalı Rus əsgərlərinin çətiri altında necə həyata keçirdilər? Həmin dövrdə çoxsaylı faktlarla təsdiqləndi ki, bütün ərazilərin işğalını, rus ordusu həyata keçirib. Ermənilər isə yalnız dinc, silahsız, uşaq, qoca qadınlara öz güclərini nümayiş etdiriblər. İşğal edilmiş yaşayış məntəqələrindən qaça bilməyən dinc əhali ermənilər tərəfindən əsir götrülüb, həmin əhali heyvan tövlələrində saxlanılıb qanlı işgəncələrə məruz qalıb. Ermənilər rusların köməyi ilə işğal etdikləri ərazilərdə bütün həyat əlamətlərini silməyi qarşılarına məqsəd qoymuşdular. Bu münvalla Azərbaycanın yeddi rayonunun (Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Laçın Kəlbəcər) bütün yaşayış məntəqələri ya dağıdılıb, ya da haradansa oraya erməni əsilli əhali köçürülüb.

Ermənilər yalnız insanları məhv etmək, əsir götürmək, yaşayış məntəqələrini talamaqla kifayətlənmir, qədim bir xalqın mədəniyyətini yer üzündən silməyi qarşılarına məqsəd qoymuşdular. Toxunmadıqları yalnız özününkiləşdirdiyi qədim Alban məbədləri oldu. Onları saxlamaqda ermənilər iki məqsəd güdürdülər: alban məbədlərini özününküləşdirmək, məscidlərdə isə murdar heyvan saxlamaqla azərbaycanlıların heysiyyatına toxunmaq, onların qəzəbini kükrütmək idi. Azərbaycan xalqının qəzəbi isə gec olsa ermənilərin istədiyi kimi coşdu onları məhv etdi. İndi dünya başlarına dar olub, torpaq da ayaqları altında od tutub yanır.

Beləliklə, Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarix-memarlıq təbiət abidələri işğal edildi həmin dövrdə ya ermənilər tərəfindən özünün-küləşdirildi, ya da dağıdılaraq məhv edildi...

Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidəsi olan Xudafərin körpüsü 26 il işğal altında qaldı.

1991-1994- illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan Cəbrayıl) əraziləri ötən ilki 44 günlük Vətən Müharibəsinə qədər işğal altında qalıb. Bu dövr ərzində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 4866 nəfər itkin əsir düşüb, girov götürülüb. Təxminən 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130 939 evin, 2389 sənaye kənd təsərrüfatı obyektinin, 1025 təhsil 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olub.

İşğal edilmiş ərazilərdəki, yuxarıda sadalanan evlər obyektlər məqsədyönlü şəkildə ardıcıl olaraq ermənilər tərəfindən sökülərək hərbi qənimət kimi daşınıb ya satılıb. Təsdiqlənmiş məlumatlara görə, işğal edilmiş Azərbaycan şəhər kəndlərinin bir çoxu  sökülərək, tikinti materialı kimi daşınaraq iranlı dəllalları satılıb. İranın həmin dəllalları işğal altında olan kəndləri gəzərək dəyərləndirir, tikinti materiallarının dəyərinə görə, ermənilərə pul təklif ediblər. Yəni Azərbaycan vətəndaşlarının əmlakı bu otuz il ərzində qeyri-qanuni olaraq hərraca qoyulub. Çox maraqlıdır ki, bütün bunlar dünyanın gözü qarşısında baş verib. ATƏT-in Minsk Qrupu ən azı ildə bir neçə dəfə bölgəyə səfər edib, hər iki tərəfdən təmas xəttinə qədər peşəkar monitorinq keçirirdilər. Görəsən, üçün MQ-nin monitorinq qrupu ermənilərə sual etmirdi ki, bu şəhər kəndləri niyə sökürsünüz? Nədən MQ həmsədrləri bu barədə ATƏT-ə məlumat verməyiblər? Bəlkə məlumat verilib, sadəcə Avropa bunu qulaqardına vurub?

Bu gün əsir götürülən itkin düşən dörd minə yaxın azərbaycanlının taleyi ermənilərdən başqa heç kimə məlum deyil. On-on beş erməni əsirinə görə isə ermənilər az qala bütün dünyanı ayağa qaldırıb. Bəs dörd min azərbaycanlının taleyinə kim aydınlıq gətirəcək? Böyük ehtimalla ermənilər həmin dörd min vətəndaşımızı işgəncələrə məruz qoyaraq məhv edib. Bu gün Azərbaycan hökuməti əsirlərin qaytarılması müqavilində (onsuz da əsirlərlə dəyişdirilən mina xəritələri dəqiq deyil) həmin dörd min azərbaycanlının hər birinin taleyinə aydınlıq gətirilməsini Ermənistandan tələb etməli, onların heç olmasa qalıqlarının Azərbaycana gətirilərək dəfn edilməsinə nail olmalıdır. Hər bir itkin düşmüş əsirlikdə məhv edilmiş azərbaycanlının taleyi barədə məlumat almaq, onların qalıqlarının Azərbaycanda yenidən dəfn edilməsinə nail olmaq Azərbaycan dövlətinin müqəddəs borcudur.

Bununla yanaşı, Azərbaycan dövləti Ermənistan dövlətinin bütün hərbi-siyasi cinayətlərinə beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsinə onun müqabilində təzminat almasına nail olmalıdır. Hazırda beynəlxalq siyasi arenada belə fikirlər səsləndirilir ki, Ermənistan dövlətinin təzminat verməyə imkanı yoxdur. Biz bilirik ki, Ermənistanın təzminat ödəməyə imkanı yoxdur, elə isə dəyən zərərin əvəzinə Azərbaycana torpaq versin. Məsələn, təzminat əvəzi kimi 1921-ci ildə Azərbaycandan alınaraq Ermənistana verilən Zəngəzur vilayəti - Qərbi Zəngəzur Azərbaycana qaytarıla bilər.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.017138004302979