ABŞ Rusiyanın bəyanatına cavab verib

ABŞ Rusiyanın bəyanatına cavab verib
 

Paralel.az xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ABŞ-ın Donbasda kimyəvi silahlarla təxribatları ilə bağlı açıqlamalarını “yalan” adlandırıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Donbasda müharibənin qızışdırılmasına görə məsuliyyətin Ukrayna və ya ABŞ deyil, Rusiyanın olduğunu bildirib.

Kirbinin bəyanatı Pentaqonun saytında yerləşdirilib və ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter-də cavab yazıb.

"Nazir Şoyqunun bu açıqlamaları tamamilə yalandır", - Kirbi bildirib.

“Biz Rusiyanı yalan, təhrikedici ritorikadan istifadə etməyi dayandırmağa və müzakirələr üçün müsbət atmosfer yaratmaq və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq”, - Prays yazıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sereqi Şoyqu 120 amerikalı muzdlunun Ukraynanın şərqinə kimyəvi silahlar gətirdiyini və təxribat hazırladığını bildirib.
Akif Nəsirli

0.11665296554565