Avropada qazın min kubmetri 2000 dolları ötüb

Avropada qazın min kubmetri 2000 dolları ötüb
 

Paralel.az xəbər verir ki, hərrac zamanı Avropada təbii qazın qiyməti min kubmetr üçün 2000 dollara çatıb və bununla da tarixi rekorda imza atıb.

Bu, London ICE birjasının hərraclarının məlumatlarından belə çıxır.

Qeyd olunur ki, Hollandiyadakı TTF qovşağında yanvar fyuçerslərinin qiyməti min kubmetr üçün 2004 ABŞ dolları və ya MVt/saat üçün 171,52 avroya yüksəlib (hazırkı EUR/USD məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saata görə avro ilə təqdim olunur) ).

Daha əvvəl, dekabrın 21-də məlum olmuşdu ki, Avropada qazın qiyməti oktyabrın əvvəlindəki tarixi rekordu təzələyərək 1000 kubmetr üçün 1939 dollar təşkil edib.
Akif Nəsirli

0.11092805862427