Saakaşviliyə azadlıq tələbi ilə 9 çadır qurulub
"Vahid Milli Hərəkat" partiyasının ofisi yaxınlığında 9 çadır qurulub, aclıq aksiyasına qoşulan insanların sayı isə artıq 300-ü ötüb.
Paralel.az xəbər verir ki, aclıq aksiyası keçirənlər arasında həm partiya üzvləri, həm də vətəndaş fəalları var. Aclıq aksiyası keçirənlərin gecələməsi üçün çadırlara döşəklər yerləşdirilib. Qeyd edək ki, aclıq aksiyası keçirənlər arasında Marneulidən olan fəallar da var.
Xatırladaq ki,"Vahid Milli Hərəkat" partiyası dünən Mixeil Saakaşvilinin azad olunması tələbi ilə kütləvi aclıq aksiyası elan etdi.
Akif Nəsirli