Günəş sistemindən kənarda planetin ilk maqnit sahəsi kəşf edilib
Paralel.az xəbər verir ki, tədqiqatçılar ilk dəfə olaraq Günəş sistemindən kənar bir planeti əhatə edən maqnit sahəsinin əlamətlərini aşkar edib: “Beynəlxalq astronomlar qrupu Yerdən 123 işıq ili uzaqlıqda yerləşən HAT-P-11b ekzoplanetinin maqnit sahəsini aşkar etmək üçün Hubble Kosmik Teleskopunun məlumatlarından istifadə edib.
İlk dəfədir ki, ekzoplanetin maqnit sahəsi birbaşa günəş sistemimizdən kənar planetdə aşkar edilib.
Bu kəşf ekzoplanetin yaşayış qabiliyyətinin daha yaxşı öyrənilməsi istiqamətində mühüm addımdır.
Tədqiqatçıların fikrincə, bizim Günəş sistemindəki bütün planetlərin və peyklərin öz maqnit sahələri yoxdur . Maqnit sahələri ilə planetlərin yaşayış qabiliyyəti arasındakı əlaqə hələ də əlavə araşdırma tələb edir”.
Nigar
Nigar