Ermənilər Xocalıda mikrorayon tikir

Ermənilər Xocalıda mikrorayon tikir
 

Paralel.az xəbər verir ki, Erməni mediasının məlumatına görə, Xocalıda separatçılar 68 şəxsi evdən ibarət mikrorayon inşa etməyə başlayıblar. Eyni zamanda daxili infrastruktur və yolların inşasına hazırlıqlar gedir.

Qeyd edək ki, Xocalı şəhəri əsasən azərbaycanlılarının kompart yaşadığı ərazidir. Ermənilər 1992-ci il fevral 26-da Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. İndi isə ermənilərin Xocalıda məskunlaşma aparması Azərbaycan cəmiyyətində hiddət doğurur.
Akif Nəsirli

0.013607978820801