Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkür edib

Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkür edib
 

“Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir”.

Paralel.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

V. Putinin sözlərinə görə, sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb, bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb.

"Sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etmək istəyirəm" - deyə Rusiya Prezidenti vurğulayıb.
A. Nəsirli

0.012834072113037