Amerikalı sürücülərdən oğurluqla mübarizə üçün üsul

Amerikalı sürücülərdən oğurluqla mübarizə üçün üsul
 

Paralel.az xəbər verir ki, amerikalı avtomobil sahibləri  oğurluqla mübarizə aparmaq üçün bir üsul tapıb: “Oğrular üçün maraqlı ola biləcək hər şeyi maşından götürəndən sonra baqajı açıq qoyurlar və götürəcək heç nə olmadığını nümayiş etdirirlər.
San-Fransisko şəhərinin meri şəhərdə küçə oğurluğu, xüsusən də avtomobillərdən oğurluq hallarının tez-tez baş verdiyini etiraf edib. 

Səlahiyyətlilər sürücülərin təşəbbüsünü bəyənməyib, polis isə zərərçəkənlərə dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.
Mütəxəssislər oğrular üçün ən maraqsız avtomobil modellərinin də adını çəkib.  Onların arasında ən az populyar olan Chevrolet Spark və yerli avtomobil sənayesinin məhsullarıdır”.
Nigar
0.027361154556274