Baydenin yeni ağrı nöqtəsi
Paralel.az xəbər verir ki, WSJ Almaniyanı Baydenin yeni ağrı nöqtəsi adlandırıb: “Almaniyanın yeni kansleri Olaf Şolts “Şimal axını 2” qaz kəmərinə siyasi layihə kimi baxmaqdan imtina etdiyi üçün Berlin Ağ Ev üçün əlavə ağrı nöqtəsinə çevrilmək riski altındadır.
Co Bayden administrasiyası son həftələr Qərb mətbuatında müzakirə olunan “Rusiyanın Ukraynaya müdaxiləsi” iddiasına görə Almaniyanın kəmərin istismara verilməsinə icazə verməyəcəyinə dair təminat istəyir. Lakin xarici işlər naziri Annalena Berbokun vəziyyətin gərginləşəcəyi təqdirdə “Şimal axını 2”nin işə salınmasının mümkünsüzlüyü barədə bəyanatlarına baxmayaraq, Şolts özü Vaşinqtondan fərqli olaraq özəl layihəni siyasiləşdirməkdən imtina edir”.
Nigar