ABŞ-dan Şoyqunun dediklərinə təkzib
Paralel.az xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi Rusiya müdafiə naziri Sergey Şoyqunun ABŞ-ın özəl hərbi şirkətlərinin kimyəvi maddələrdən istifadə etməklə Donbasda təxribatlar hazırlaya biləcəyilə bağlı sözlərini təkzib edib. Kirbinin sözlərinə görə, bu fərziyyələr “həqiqətə uyğun deyil”.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanı “yalan, təxribatçı ritorikadan əl çəkməyə” çağırıb. O, regionda gərginliyin artmasında Ukrayna və ya ABŞ-ın deyil, Rusiyanın məsuliyyət daşıdığına diqqət çəkib.
Nigar