Lavrov təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la dialoqa çağırıb
Xarici işlər naziri Lavrov: "Təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la danışıqların formatı ilə bağlı anlaşma var"
Paralel.az RİA Novosti-ya istinadən məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la gələcək danışıqların formatı ilə bağlı anlaşma var, indi ən vacibi dialoqa başlamaqdır
"Formatlar haqqında anlayış var, müvafiq danışıqlarda təmsil olunacaq departamentlər haqqında anlayış var, indi ən vacibi bu danışıqlara artıq praktiki baxımdan başlamaqdır", - Lavrov deyib.
Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la müqavilə layihəsini və NATO ilə təhlükəsizlik təminatlarına dair sazişi dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat verilsin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Akif Nəsirli