Şoyqu NATO-nun Rusiya yaxınlığındakı təlimlərinin miqyasını artırdığını açıqlayıb
Paralel.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Şoyqu NATO-nun Rusiya yaxınlığındakı təlimlərinin miqyasını artırdığını açıqlayıb.
ABŞ və NATO Rusiya yaxınlığında təlimlərin miqyasını artırır, strateji aviasiyadan istifadə edir və nüvə raketlərinin simulyasiya edilmiş buraxılışlarını həyata keçirir. RİA Novosti-nin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“ABŞ və NATO məqsədyönlü şəkildə Rusiya yaxınlığında hərbi təlim tədbirlərinin miqyasını və intensivliyini artırır..getdikcə daha tez-tez bizim obyektlərimizdə nüvə raketlərinin simulyasiya edilmiş buraxılışlarını həyata keçirən strateji aviasiyanı cəlb edirlər. .onların Rusiya sərhədləri yaxınlığında uçuşlarının sayı iki dəfədən çox artıb”, - Şoyqu Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında bildirib.
Akif Nəsirli