"Qırmızı Körpü" gömrük postunda külli miqdarda xarici valyuta aşkar olunub

 

Paralel.az xəbər verir ki, “Qırmızı körpü” gömrük məntəqəsində Azərbaycan vətəndaşının idarə etdiyi Gürcüstan dövlət nömrə nişanlı yük maşınında bəyan edilməmiş külli miqdarda pul aşkarlanıb. 

Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Məlumata əsasən, avtomobilin sahibi Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşı ilə sorğu zamanı bəyan edib ki, avtomobildə ona məxsus heç bir bəyan etmək üçün predmet yoxdur. Lakin avtomobilə ətraflı baxış zamanı 21 milyon 680 min rus rublu aşkar edilib. Bu məbləğ Milli Bankın məzənnəsinə əsasən 915 633 lari təşkil edir.

Faktla bağlı Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən, qanunu pozan vətəndaşa qarşı sanksiya kimi bəyan edilməmiş pulun müsadirəsi tətbiq edilib.
A. Nəsirli

0.011668920516968