Türkiyə lirəsi dircəlir

Türkiyə lirəsi dircəlir
 

Paralel.az xəbər verir ki, Türkiyə lirəsi ABŞ dollarına qarşı yenidən dəyər qazanıb. Bu gün günorta saatlarında 1 ABŞ dollarının məzənnəsi 11,1 lirəyə təyin edilib.

Qeyd edək ki, dekabrın 16-da Türkiyə Mərkəz Bankı faiz dərəcəsini 15-dən 14-dək azaltmaq qərarını verməsi lirə məzənnəsinin kəskin azalmasına gətirib çıxarmışdı. Lakin dünən Nazirlər Kabinetinin məzənnə məsələsinə həsr olunmuş iclasında Prezident Rəcəb Tayib Ərdoğan bildirib ki, hökumət ixracatçılara Mərkəz Bankı üzərindən forvard məzənnə təqdim edəcək, özəl təqaüd fondlarına köçürmələri artıracaq, şirkətlərin dividendlərindən alınan vergiləri azaldacaq, lirə əmanətlərini təşviq edəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə lirəsinin məzənnəsi 7,4 TL/USD olub.
Akif Nəsirli

0.11363196372986