Finlandiyada 40 ildən sonra ilk dəfə yeni atom elektrik stansiyası işə salındı
Paralel.az xəbər verir ki, Finlandiyada Olkiluoto-3 atom elektrik stansiyasının üçüncü bloku işə salınıb. Bu barədə AES-in operatoru Teollisuuden Voima məlumat verib.
Qurğunun işə salınması üçün icazə ötən həftə alınıb.
“Olkiluoto-3 AES-in reaktoru işə salınıb. Bu, tarixi bir an idi. Finlandiyada yeni atom elektrik stansiyası sonuncu dəfə 40 il əvvəl, Avropada isə təxminən 15 il əvvəl istismara verilib”, - məlumatda deyilir.
RT yazır ki, müntəzəm istehsala başlayandan sonra Olkiluoto-3 ölkənin ümumi elektrik enerjisinin təxminən 14%-ni təmin edəcək.
Yanvar ayında atom elektrik stansiyalarında elektrik enerjisi istehsalı 30% gücündə başlayacaq, sonra tədricən artırılacaq. Müntəzəm elektrik enerjisi istehsalına başlanması iyun ayına nəzərdə tutulub.
Akif Nəsirli