Bakıda “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır
Paralel.az xəbər verir ki, Yeni il yarmarkası Bakının Nərimanov və Binəqədi rayonlarında, həmçinin Abşeron rayonunun Xırdalan şəhərində keçirilir. Yarmarkada Azərbaycanın müxtəlif bölgələrindən əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer müxtəlif məhsulun satışını həyata keçirir. Satış məntəqəsi dekabrın 30-na qədər saat 08:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək.
“Kənddən Şəhərə” yarmarkası karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutur. Bundan başqa yarmarkalar Yeni il bayramı abu-havasına uyğun bəzədilib.
Yarmarkanın ünvanları və qiymətləri saytımızda!
A. Nəsirli