İranın XİN rəhbəri ölkəsinə qarşı sanksiyalara ədalətsiz sayır

İranın XİN rəhbəri ölkəsinə qarşı sanksiyalara ədalətsiz sayır
 

Hüseyn Əmir Abdullahian bununla bağlı geniş məqalə ilə çıxış edib

Paralel.az xəbər verir ki, Iran Islam respublikasının  xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada  Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinə  dair danışıqlarla bağlı məqaləsində  İranın mövqeyini şərh etmişdir. 
  “Sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqları“ adlı məqaləni təqdim edirik :
İran İslam Respublikası danışıqlarla bağlı ciddi mövqe və xoş məram  nümayiş etdirərək, hesab edir ki, müzakirələrin praktiki və hiss olunan  nəticəsi sanksiyaların aradan qaldırılması olmalıdır.

**Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin nəticələrinə baxış

Vyanada ABŞ-ın ambisiyaları ucbatından uğursuzluğa düçar olmuş altı raund intensiv danışıqlardan sonra biz indi danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik. Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır. Bu sanksiyalar İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən çıxan Birləşmiş Ştatlar tərəfindən  birtərəfli və ekstraterritorial olaraq tətbiq edilmişdir .
Birləşmiş Ştatların 2018-ci ilin may ayının 8-də İranla bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı  sazişindən birtərəfli qaydada çıxması beynəlxalq aləmdə qeyri-qanuni hərəkət kimi tanınaraq, pislənilmişdir. ABŞ-ın bu cür qeyri-qanuni hərəkətlərinin beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam məhəl qoymaması və çoxtərəfliliyi sarsıtmaq, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhlükə yaratmaq məqsədi daşıdığına dair beynəlxalq konsensus mövcuddur.
  ABŞ-ın yeni administrasiyasının fəaliyyətə başlamasına  baxmayaraq, nəinki bütün qeyri-qanuni və birtərəfli sanksiyalar qüvvədə qaldı, hətta İrana qarşı sanksiyalar tətbiq etmək siyasəti davam etdi. Aydındır ki, ABŞ-ın bu hərəkətlərindən məqsəd İranın, Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin  digər üzvlərinin və beynəlxalq ictimaiyyətin  bu sazişdə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulan hüquq və imtiyazlardan yararlanmasının qarşısını almaqdır. Birgə Hərtərəfli Fəaliyyət Planı sazişini  imzalayan   üç Avropa ölkəsinin hökumətləri , baxmayaraq ki , ABŞ-ın bu mövqeyini  qeyri-qanuni və qəbuledilməz  hesab etmişlər ,lakin praktikada öz susqunluğu və hərəkətsizliyi ilə bu mövqeyi  bir  növ dəstəkləmişlər . ABŞ-ın dağıdıcı hərəkətləri və üç Avropa ölkəsinin bununla bağlı qəti mövqeyinin olmaması,  əldə olunan razılaşmanı səmərəsiz  və onun  İran üçün bütün iqtisadi faydalarını məhv edib. Bu, son bir neçə ilin acı reallıqlarıdır ki, gələcək üçün bir mayak olmalıdır.
  İndiki ABŞ administrasiyası tərəfindən Tramp administrasiyasının destruktiv mövqeyinin  davam etdirilməsi,  ABŞ administrasiyasının reallıqda  öhdəliklərini yerinə yetirmək iradəsinə malik  olub-olmaması və əvvəlki uğursuz siyasətlərindən əl çəkməyə hazır olması  ciddi sual doğurub. ABŞ-ın son aylardakı yanaşmasını və hərəkətlərini nəzərə alsaq, bu sualın cavabı çətin görünmür.
  Heç kim İranın öz öhdəliklərinə tam əməl etməkdə ciddiliyinə və xoş məramına şübhə edə bilməz. ABŞ-ın əldə olunan sazişdən qeyri-qanuni olaraq çıxması  və sanksiyaların tətbiqindən sonra, İran yenə də xoş niyyət nümayiş etdirərək , cavab tədbirləri görməkdən imtina etdi və razılaşmanı  imzalayan  digər ölkələrin və Birgə Hərtərəfli Fəaliyyət Planı  sazişinin koordinatoru kimi  çıxış edən Avropa Birliyinin xahişini nəzərə alaraq , saziş çərçivəsində öhdəliklərinin icrasını dayandırmamış və bununla da imkan yaratmışdır ki, sazişi imzalayan digər tərəflər ABŞ-ın razılaşmadan çıxması nəticəsində yaranan mənfi şərtləri kompensasiya  etsinlər .  Lakin bu qeyri-konstruktiv vəziyyətin davam etməsi və bir illik strateji səbirdən sonra ABŞ-ın sanksiyalarının artması və üç Avropa ölkəsinin öz öhdəliklərinə əməl etməməsi səbəbindən İranın Birgə Hərtərəfli Fəaliyyət Planı  sazişin 26-cı  və 36- cı  maddələrindən irəli gələn hüquqlarından istifadə  edərək , 2019-cu ilin may ayının 8-dən etibarən öhdəliklərinin bir hissəsinin icrasını mərhələlərlə dayandırmaqdan başqa çarəsi qalmamışdı .
  Yaranmış vəziyyətlə bağlı heç bir dəyişikliyin olmaması və sazişin müvafiq tərəfləri tərəfindən təsirli tədbir görülməməsi və Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin  uğursuzluğa düçar olmasnı nəzərə alaraq , İran İslam Şurası Məclisi 2020 –ci ilin dekabr ayının 2- də "Sanksiyaların ləğvi və İran xalqının  maraqlarının qorunması Strateji Fəaliyyət Planı" qanununu təsdiqlədi. Qanuna əsasən sazişi imzalayan tərəflər  öz öhdəliklərinə əməl etmədikdə və bu öhdəlikləri  tam yerinə yetirmədikləri  təqdirdə, hökümət saziş çərçivəsində İranın bütün könüllü öhdəliklərinin icrasına  mərhələli şəkildə son qoymalıdır .

** Vyana danışıqlarına gedən yol
  Qərbin Birgə Hərtərəfli Fəaliyyət Planı sazişindən  doğan öhdəliklərini icra etməməsinə baxmayaraq, İran İslam Respublikası yenidən  xoş məramlılıq nümayiş etdirərək və birtərəfli və qeyri-qanuni sanksiyaların aradan qaldırılması məqsədilə indi 4+1 ölkələri ilə “yaxşı razılığa” nail olmaq üçün nəticəyönümlü dialoqa hazırdır.
İran İslam Respublikası bu yolda xoş niyyət və ciddi qətiyyət nümayiş etdirərək ,  Vyanada “yaxşı razılaşma” əldə etmək üçün lazımi iradəyə malikdir.
  Bu proses kontekstində biz heç vaxt unutmamalıyıq ki, mövcud vəziyyətin əsas səbəbkarı ABŞ-dır. Son dörd il ərzində Ağ Ev əldə olunan razılaşmaya son qoymaq üçün,  səylərini əsirgəmədi . İran İslam Respubliksı belə bir şəraitdə Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin  qorunması ilə bağlı lazımi qətiyyət göstərmişdir .   Əvvəlki altı raund danışıqlarda İrana bəlli olan odur ki, Birləşmiş Ştatlar hələ də bu faktı anlamır ki, əldə olunan sazişdən  çıxdıqdan sonrakı dövrdə  İran xalqına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etmədən,  sazişə yenidən qayıtmaq  mümkün deyildir .
  BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi bütün üzv dövlətləri Birgə Hərtərəfli Fəaliyyət Planı sazişinin  icrasını  dəstəkləmək üçün münasib addımlar atmağa çağıraraq ,  bu sazişdən doğan öhdəliklərin icrasını zəiflədən hər hansı addımlar atmaqdan çəkinməyə çağırmışdır .
  Qarşıdakı danışıqların əsas məqsədi İran İslam Respublikası ilə ticarət əlaqələrinin normallaşdırılması və sabit iqtisadi əməkdaşlıq məqsədi ilə sazişin tam və səmərəli həyata keçirilməsi olmalıdır. Aydındır ki, sazişə qayıtmaq üçün İran bütün sanksiyaların ləğvindən tam yararlana bilməlidir. Sazişlə bağlı zəmanət veriləcəyi , dəymiş ziyanın nəzərdən keçiriləcəyi ,  sanksiyaların effektiv və yoxlanıla bilən şəkildə ləğvinin  təmin edildiyi təqdirdə, İran  kompensasiya tədbirlərini dayandırmağa hazırdır.
  Keçmişin acı təcrübəsinin təkrarlanmayacağına və İranın iqtisadi tərəfdaşlarının sabit və heç bir narahatlıq olmadan İranla iqtisadi əlaqələrə girə biləcəyinə dair təminat verilmədikcə, ABŞ-ın sazişə mümkün qayıdışı bizim üçün maraqlı olmayacaq.
  Qarşıdakı danışıqlarda aydın olan odur ki, İran yaxşı razılaşma əldə etmək üçün danışıqlarda xoş məramla  iştirak edərək , sazişdən kənar tələbləri qəbul etməyəcək və İran İslam Respublikası sazişdən kənar məsələlərlə bağlı danışıqlara girməyəcək.
  Bir daha demək istəyirəm ki, bu fürsət həmişəlik açıq qalacaq pəncərə deyil və ABŞ və üç Avropa ölkəsi bunu yaxşı başa düşməlidir. İran İslam Respublikası ABŞ-ın zalım sanksiyalarının aradan qaldırılması üçün mətin, güclü və fəal diplomatik səylərlə yanaşı, həm də ölkənin davamlı iqtisadi inkişaf proqramı ilə yanaşı  sanksiyaların neytrallaşdırılması üçün təsirli plana malikdir.
  Şübhəsiz ki, Tehran sülhməramlı nüvə proqramına sadiq olduğu qədər, öz alimlərinin və dinc nüvə sənayesinin nailiyyətlərini qoruyub saxlamağa sadiqdir və qeyri-qanuni və qeyri-insani sanksiyalara baxmayaraq , ölkənin bütün sahələrdə  -sənaye, ticarət, naviqasiya, kosmos, müdafiə, elm və texnologiya , davamlı  iqtisadi artım və digər sahələrdə inkişafına nail olacaqdır .
  Biz hesab edirik ki, praktikada digər tərəflərin də  siyasi iradəsi mövcud olsa, razılaşma mümkündür və əldə edilə bilər.
Qərbin öhdəliklərini yerinə yetirməsi ilə bağlı səhlənkarlığına və Ağ Evin qeyri-konstruktiv yanaşma və siyasətinə qarşı etimadsızlığa baxmayaraq, İran İslam Respublikası Vyana danışıqlarının yeni raundunda əsl iradə və xoş məramla sanksiyaların ləğvi istiqamətində uzunmüddətli və effektiv razılığa nail olmaq üçün çalışacaq . İran İslam Respublikasının nüvə danışıqları qrupu xoş məram ,  ciddi mövqe və İran xalqının mənafeyinə və hüquqlarına xidmət edən danışıqlar məntiqi ilə Vyanada danışıqlar masası arxasında fəal şəkildə iştirak edir. Həmkarlarım və mən də bu sahədə geniş danışıqlar təcrübəsinə malik olan danışıqlar qrupunun rəhbəri  Dr.Bağerini tam dəstəkləyirik və lazım gələrsə, bununla əlaqədar həmkarlarımla daha çox məsləhətləşmələri həyata keçirəcəyik.
Akif Nəsirli

0.063867092132568