2022-ci ildə Avropada hara səyahət etməli?
Paralel.az xəbər verir ki, gələn il üçün dünyanın ən əlverişli tətil şəhərlərinin adı açıqlanıb: “Rumıniyanın paytaxtı Buxarest Avropada ən ucuz tətil yeridir.
İkinci yerdə beşulduzlu otelə ən ucuz qiymət təklif edən Şimali Makedoniyanın paytaxtı Skopyedir - bir gecəlik 66 funt-sterlinq. O, həm də mehmanxana və ya mənzildə yaşamaq üçün ən aşağı xərclərdən biri olan şəhərdir - gündə orta hesabla 44 funt-sterlinq.
Siyahıda üçüncü yeri Bolqarıstanın paytaxtı Sofiya tutur. O, eyni zamanda, ən ucuz yerləşdirmə variantları sifariş edilən şəhərlər sırasındadır - gündə orta hesabla cəmi 32 funt-sterlinq.
Turistlər üçün ən ucuz Avropa şəhərləri arasında Varşava və Vilnüs də var.
Səyahətçilər üçün ən bahalı Avropa şəhərləri isə Monako, Bern və Parisdir”.
Nigar